Bakı.Trend:
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Naxçıvan daş duz yatağında aparılacaq geoloji kəşfiyyat işlərinin satın alınması üzrə tender elan edib.
Tenderdə iştirak haqqı 450 manat təşkil edir.
Tenderin ehtimal olunan qiyməti 721 min manat təşkil edir.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 3 dekabr saat 17:30-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da 3 dekabr saat 17:30-da (GMT+4) keçiriləcək.
Əlavə məlumat üçün telefon: (+994) 10 421 13 14
Əlaqələndirici şəxs: Aminə Əlquliyeva
E-poçt: [email protected]
Ünvan: AZ7200, Culfa rayonu,Culfa şəhəri ,ev 1-ci məhəllə döngə 12/6