Bakı. Trend:
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 34 kiloqram 42 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, hadisə Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik vasitə və iki ədəd qatlanan tipli bıçaq aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.