Bakı. Trend:
İran hazırda istehsal etdiyi bir hərbi silah-sursatı və təchizatı çoxlu sayda ölkəyə ixrac edir.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mohebbi şənbə (7 noyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.
“Hazırda çoxlu sayda hərbi hava vasitələri bəzi ölkələrə ixrac edilir. Bunlardan “Arman” raketi, “357” PUA-sı və “3 Xordad” Hava Hücumundan müdafiə sistemini xüsusilə qeyd etmək olar.
Bu isə İran üçün tarixi bir uğur sayılır. İran həmişə hərbi silah-sursatları idxal edən ölkə olub. Lakin hazırda öz yerli ehtiyaclarını təmin etməklə yanaşı ixracatçıya çevrilib”, -deyə o bildirib.
SEPAH rəsmisi qeyd edib ki, ötən 1-2 həftə ərzində ABŞ-yə məxsus 7 ədəd “MQM-170” PUA-sını heç bir zədəsi olmadan ələ keçirib. Bu isə İran Silahlı Qüvvələrinin texniki gücünü əks etdirir.
Mohebbi əlavə edib ki, SEPAH-ın aeronavtika qüvvələri İrana qarşı növbəti hücum olduğu halda yeni nailiyyətlərinin təqdimatını keçirəcək və bütün dünyanı təəccüləndirəcək.
“Ötən ildə 12 günlük müharibə və bu ildə 40 günlük müharibə ərzində SEPAH-ın aeronavtika qüvvələri qarşı tərəfə məxsus 260-dan çox hərbi uçuş vasitəsini vurub. Bu uçuş vasitələri arasında “F35”, “F16”, “F5”, “F8” qırıcı təyyarələri, “MQ1”, “RQ4”, “Orbiter”, “Lukas” və çoxlu sayda başqa kiçik uçuş vasitələri vardır”, -deyə o bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.