Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri 8 Noyabr – Zəfər Günü münasibətilə İkinci Fəxri xiyabanda olublar.
Universitet kollektivi Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının məzarları önünə gül dəstələri qoyulub, onların xatirəsi dərin ehtiramla yad edilib.



