Bakı. Trend:
Amerikanın aerokosmik şirkəti "Blue Origin" ağır "New Glenn" raketinin növbəti buraxılışını 2027-ci ilin əvvəlinə təxirə salmaq qərarına gəlib.
Oktyabr ayında şirkətin təsisçisi Ceff Bezos buraxılışın bu ilin dekabrına planlaşdırıldığını bildirsə də, sonradan tarix gələn ilin yanvarına keçirilib.
"Bu kiçik dəyişikliklər əldə etdiyimiz nailiyyətlərin və qarşıda duran işin əhəmiyyətini azaltmır. "New Glenn" raketini yenidən uçuşa hazırlamaq əsas prioritetimiz olaraq qalır", - deyə şirkətin idarəetmə memorandumunda bildirilib.
Qeyd edək ki, "New Glenn" raketinin ilk buraxılışı 2025-ci ilin yanvarında həyata keçirilib. Bu ilin may ayında isə raket mühərrikinin sınağı zamanı partlayış baş verib.
Hadisə nəticəsində ABŞ-nin Florida ştatında, Kanaveral burnundakı Hərbi Hava Qüvvələri Stansiyasının 36-cı buraxılış kompleksinə ciddi ziyan dəyib.