Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilib.
Modern.az xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında təşkil olunub. Püşkün nəticəsinə əsasən ilk turda bu komandalar qarşılaşacaqlar:
“Araz-Naxçıvan” - “Qarabağ” “Şamaxı” - “Sabah” “Zirə” - “Səbail” “Neftçi” - “Turan Tovuz” “Sumqayıt” - “Kəpəz”
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 2-də start götürəcək.