Xocavənd. Trend:
Xocavənd rayon ərazisində yerləşən Qızılqaya təlim mərkəzində “Birliyin Gücü - 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir.
Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunan müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ilə yanaşı iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, baş qərargah rəisləri, digər yüksək vəzifəli qonaqlar, həmçinin yerli və xarici media nümayəndələri "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək məqsədilə təlim mərkəzinə səfər ediblər.
Qonaqlar təlim çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilmiş və təlimdə istifadə olunan silah, texnika, insansız sistemlər, aviasiya vasitələri və digər xüsusi hərbi avadanlıqlarla tanış olublar. Daha sonra yüksək səviyyəli qonaqlar təlimin növbəti mərhələlərini və praktiki fəaliyyətləri izləyəcəklər.









