Bakı. Trend:
İsraildə seçkilərdə səslərin hesablanması davam edir. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok 53, Yaşar partiyasının lideri Qadi Ayzenkotun rəhbərlik etdiyi blok isə 48 mandatla mövqeyini qorumaqdadır.
"Times of Israel" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, Netanyahunun rəhbərlik etdiyi blokda "Likud" qatı-mühafizəkar "Şas" partiyasının hesabına bir mandat qazanıb.
Ərəb partiyalarının mandat sayı isə rekord göstərici olan 19 səviyyəsində qalıb.
Komissiyanın məlumatına görə, indiyədək ikiqat zərfli bülletenlərdən 295 607-si sayılıb. Bu cür bülletenlərin ümumi sayının 430–480 min arasında olacağı ehtimal edilir.
Qeyd edək ki, nəticələr ilkin xarakter daşıyır və səslərin hesablanması davam etdikcə dəyişə bilər.