Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məzuniyyətə çıxmağa hazırlaşır. Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-nə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, nazir iyulun 22-dən 26-dək məzuniyyətə gedəcək. Bu, nazirin illik məzuniyyətinin bir hissəsidir.
Mirzoyanın olmadığı müddətdə onu nazir müavini Paruyr Hovhannisyan əvəz edəcək.