Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda neft sənayesi obyektində yanğın başlayıb, ərazi üzərində qara tüstü sütunu yüksəlir.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Agentlik yanğının səbəblərini açıqlamayıb.
Bəzi məlumatlara görə, yanğın "Saudi Aramco" neft şirkətinin obyektində baş verib. Lakin Səudiyyə Ərəbistanı hakimiyyət orqanları hadisənin baş verdiyinə dair rəsmi açıqlama verməyiblər.