Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, böyrək daşlarından azad olmağın ən asan yolu gündə ən azı 2-3 litr su içməkdir. Alimlərin araşdırmalarına görə, su içmək sidiyi sulandırır və daşların böyrəkdən keçməsini asanlaşdırır.
Duz qəbulunun azaldılması sidikdə kalsiumun miqdarını azaltmaqla daş əmələ gəlməsinin qarşısını alır. Tərkibində kalsium oksalat olan qidalardan daha az istifadə etmək daş əmələ gəlməsi riskini azaldır. Daimi idman və məşq də böyrəklərin daha səmərəli işləməsini təmin edir.