Bakı.Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Bolqarıstana neft ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə artıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında Azərbaycandan Bolqarıstana 253,1 milyon ABŞ dolları dəyərində 358,8 min ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib.
Trend-in rəsmi məlumatlar əsasında apardığı hesablamalara görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 204,9 milyon ABŞ dolları və ya 5,2 dəfə artıb. Tədarükün fiziki həcmi isə 279,5 min ton və ya 4,5 dəfə yüksəlib.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-2025-ci illərdə Azərbaycandan Bolqarıstana neft və neft məhsullarının ixrac dinamikası aşağıdakı kimi olub:
İl
İxrac həcmi
İxrac dəyəri
2024
80,9 min ton
46 mln. ABŞ dolları
2025
169,5 min ton
92,3 mln. ABŞ dolları
2024-2025-ci illərdə Azərbaycandan Bolqarıstana neft ixracı həm fiziki həcm, həm də dəyər ifadəsində əhəmiyyətli artım nümayiş etdirib. Tədarükün həcmi 2024-cü ildəki 80,9 min tondan 2025-ci ildə 169,5 min tona yüksələrək iki dəfədən çox artıb.
İxracın dəyəri də demək olar ki, iki dəfə artaraq 46 milyon ABŞ dollarından 92,3 milyon ABŞ dollarına çatıb.