Bakı. Trend:
Ukrayna Ali Radası hərbi vəziyyətin müddətinin 2027-ci il yanvarın 29-dək uzadılmasına səs verib.
Prezidentin “Ukraynada hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması haqqında” fərmanının təsdiqinə dair qanun layihəsini 293 xalq deputatı dəstəkləyib.
Parlamentin əvvəlki qərarına əsasən, hərbi vəziyyət oktyabrın 31-dək qüvvədədir. Yeni qanun layihəsi ilə onun müddəti 90 gün uzadılaraq 2027-ci il yanvarın 29-dək müəyyən edilib.
Qanun layihəsində qeyd olunur ki, sənədlər dərhal kütləvi informasiya vasitələri vasitəsilə elan edilir və 2026-cı il oktyabrın 31-dən qüvvəyə minir.
Bu, Ukrayna parlamentində hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılması ilə bağlı keçirilən 21-ci səsvermədir.