Bakı. Trend:
Qırğızıstan və Azərbaycan qardaş və dost ölkələrdir. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur.
Trend-in müxbiri xəbər verir ki, bu fikirləri bazar ertəsi Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Mədəniyyət və Media Dialoqu Platformasının “Sülh dili və dezinformasiya ilə mübarizə” mövzusunda xüsusi sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Prezidentin köməkçisi bildirib ki, iki ölkənin prezidentləri səviyyəsində müntəzəm olaraq qarşılıqlı səfərlər həyata keçirilir.
“Biz Qırğızıstanla Azərbaycan arasında ikitərəfli müstəvidə humanitar dialoqun inkişaf etdirilməsi istiqamətində birgə səylərlə çalışırıq”, – deyə H.Hacıyev qeyd edib.