Bakı. Trend:
Azərbaycanın U-15 millisi Bakıda keçirilən dünya çempionatı və festivalında Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib.
Millimizin heyətində Müşfiq Zamanov və Həsən Məhmədov dubl edib, Yusif Əlizadə və Asif Allahverdizadə isə hərəyə bir qol vurublar.
Yığmamız növbəti oyununu oktyabrın 24-də Andorraya qarşı keçirəcək.
Qeyd edək ki, turnirdə FIFA-ya üzv 189 milli assosiasiyanın gənc futbolçuları iştirak edir.