Bakı.Trend:
Şimali Koreya lideri Kim Çen In Çinin sərhədyanı Dandun şəhərinə gəlib.
Bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi Cənubi Koreya hökumətindəki mənbəyə istinadən məlumat yayıb. Bu, Kimin 2025-ci ilin sentyabrından bəri Çinə ilk səfəridir.
Mənbənin sözlərinə görə, Şimali Koreya lideri Dandun şəhərinə Çinlə KXDR-i birləşdirən yeni körpü ilə gəlib. Dandunu Şimali Koreyanın Sinuiju şəhəri ilə birləşdirən Amnokkan çayı (Çincə — Yaluçzyan) üzərindəki körpü 12 illik tikintidən sonra ötən həftə istifadəyə verilib.
Agentliyin məlumatına görə, Çinin Dövlət Şurasının Baş naziri Li Çyan da Dandun şəhərinə gəlib. Kimin səfəri əvvəlcədən elan edilməyib.