Bakı.Trend:
ABŞ-İsrail və İran arasında gərginlik zamanı Hindistan vətəndaşlarının, xüsusilə də tələbələrin İrandan təxliyəsində göstərdiyiniz köməyə görə minnətdarlığımızı bildiririk.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə cümə günü Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, sülhün, tərəqqinin və rifahın təşviq edilməsində ümumi marağımız var, terrorçuluq, münaqişə və qeyri-sabitlik kimi təhdidlər ümumi düşmənlərdir.
“Biz, həmçinin beynəlxalq və regional təşkilatların genişləndirilməsi, onları daha müasir və aktual etmək barədə fikir mübadiləsi apardıq.
Bu gün apardığımız müzakirələrin çox məhsuldar olduğunu söyləmək istəyirəm, düşünürəm ki, onlar əlaqələrimiz üçün irəliyə doğru bir yol müəyyən etməyə kömək edib”,- deyə o bildirib.