Bakı. Trend:
Türkiyə ilə Kanada arasında Azad Ticarət Sazişi üzrə danışıqlara ilin sonuna qədər başlanacaq.
TRT Haber-in məluatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın Baş naziri Mark Karni ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.
Ərdoğanın sözlərinə görə, tərəflər ticarət dövriyyəsini əvvəlcə 5 milyard, daha sonra isə 10 milyard dollara çatdırmağı hədəfləyirlər.
Prezident əlavə edib ki, yenilənmiş Hava Nəqliyyatı Sazişi çərçivəsində Türkiyə ilə Kanada arasında birbaşa uçuşların sayının təxminən iki dəfə artırılması nəzərdə tutulur.