ABŞ-ın keçmiş lideri, qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp hazırkı dövlət başçısı, qarşıdan gələn prezident seçkilərində Demokrat partiyasının namizədi Co Baydeni yeni teledebata çağırıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp teledebatı moderasiya olmadan, əvvəlcədən razılaşdırılmış qaydalarsız keçirməyi təklif edib. “Co Baydenin şərhlərinə cavabım var. Gəlin yeni debatlar keçirək, amma bu dəfə heç bir qayda-qanun olmadan. Hərtərəfli müzakirə, yalnız siz və mən ölkəmizin gələcəyini müzakirə etmək üçün səhnəyə çıxacağıq”, - Donald Tramp deyib.