Bakı. Trend:
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Rusiyanın Prezidenti Vladimir Putinlə bu gün Sankt-Peterburqda keçirilən görüşü konstruktiv adlandırıb.
Bu barədə S. Uitkoff "X" sosial şəbəkəsində yazıb.
“Biz Oslo şəhərində əldə edilmiş uğurları möhkəmləndirmək məqsədilə Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşdük”, – deyə Uitkoff X sosial şəbəkəsində yazıb.
“Bu danışıqlar konstruktiv xarakter daşıyıb və ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə keçiriləcək üçtərəfli danışıqlar çərçivəsində davam etdiriləcək”, – deyə o əlavə edib.