Bakı. Trend:
İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Zərnəva stansiyasından 3 km şərqdə olub.
Qeyd edilib ki, yerli vaxtla saat 11:35 -də qeydə alınan zəlzələnin maqnitudası 3 olub.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.