Bakı. Trend:
Niderland Krallığının Azərbaycandakı səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
“Bu gün Azərbaycan Müstəqilliyin Bərpası Gününü qeyd edir.
Niderland Krallığının Azərbaycandakı səfirliyi Azərbaycan xalqını təbrik edir, ölkəyə gələcəkdə də sülh, firavanlıq və tərəqqi arzulayır”, – deyə paylaşımda bildirilib.
