Bakı.Trend:
Avropa İttifaqı ölkələrinin liderləri Ukrayna lideri Volodimir Zelenskiyə ABŞ Prezidenti Donald Trampa yönəlmiş tənqidlərinin kəsərini azaltmağa çağırmaq niyyətindədirlər. Onlar hesab edirlər ki, bu cür tənqidlər Vaşinqton və Kiyev arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirə bilər.
Bu barədə “Financial Times” qəzeti yazır.
Nəşr oktyabrın 15-16-da Brüsseldə keçirilən Avropa İttifaqının sammitinin hazırlığı ilə bağlı mənbələrə istinadən yazır ki, Aİ-yə üzv 27 ölkənin liderinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə çatdıracağı mesaj “anlayışlı, lakin qətiyyətli” olacaq. Bu mesajın oktyabrın 16-da Aİ sammiti çərçivəsində keçiriləcək qapalı görüşdə Zelenskiyə şəxsən çatdırılması nəzərdə tutulur.
Zelenskinin şikayətlərini şərh edən qəzetin həmsöhbətlərindən biri bildirib: “Bu, doğru ola bilər, lakin heç də hər zaman hər şeyi ucadan car çəkmək məsləhət deyil”
Ukrayna Prezidenti Volodimir Zelenski son dövrlərdə ABŞ Prezidenti Donald Trampın Ukrayna siyasətini və Vaşinqtonun Kiyevə dəstəyinə dair mövqeyini açıq şəkildə tənqid edib. Onun açıqlamaları ABŞ-Ukrayna münasibətlərində gərginliyin artdığı bir dövrə təsadüf edir.