2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün ixtisaslaşma seçimi başa çatıb. Bakalavr ərizələrinin təsdiqi 1 iyul saat 12:00-da yekinlaşıb. İxtisaslaşma seçimi iyunun 21-dən 30-dək aparılıb. Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, təsdiq edilmiş ərizələrin sayı aşağıdakı kimidir: Azərbaycan bölməsi - 14381; rus bölməsi - 1279; cəmi – 15660 Xatırladaq ki, ixtisaslaşma seçimi üçün magistraturaya 11 fevral və 28 aprel 2024-cü il tarixlərində iki dəfə qəbul imtahanı keçirlmişdi. A.Qorxmaz