Bakı. Trend:
Ağ Evin yeni mətbuat katibi Keti Zakariya oktyabrın 13-də Bakı vaxtı ilə saat 17:30-da jurnalistlər qarşısında ilk brifinqini keçirəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Zakariya oktyabrın 12-də yeni vəzifəsinin icrasına başlayacaq, ertəsi gün isə Ağ Evin brifinq zalında ilk mətbuat konfransını keçirəcək.
“Keti ilk gündən mənə dəstək olub və öz işinin öhdəsindən əla gələcək!”, – deyə Tramp qeyd edib.