Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bu gün ukraynalı həmkarı Volodimir Zelenskini kəskin tənqid edərək, Ukraynanın “yeni prezidentinin olması” vaxtının çatdığını bildirib və Ukraynanın Rusiyanın karbohidrogen infrastrukturu obyektlərinə endirdiyi zərbələri pisləyib.
“Onlara Rusiya ilə müharibəyə son qoymağa imkan verəcək razılaşma əldə edə biləcək yeni lider seçməyi tövsiyə edirəm”, – ABŞ prezidenti Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Donald Tramp, həmçinin ukraynalı həmkarı Volodimir Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa sərt şəkildə çağırıb. ABŞ prezidentinin sözlərinə görə, bu hücumlar dizel yanacağının qıtlığı ilə bağlı “qlobal problemi” daha da ağırlaşdırır.
“Yaxşı olar ki, o, bunu dayandırsın”, – Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında xəbərdarlıq edib.
Bundan bir gün əvvəl Rusiya istehsalı olan böyük həcmdə dizel yanacağının ABŞ-yə tədarük ediləcəyi açıqlanmışdı.