Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 9 dekabr 2023-cü il tarixində gün ərzində Ağcabədi şəhərinə, eləcə də Aşağı Avşar və Xocavənd kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Modern.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qurum yaranan narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.