Bakı.Trend:
Kiyev metrosunda elektrik enerjisinin kəsilməsi səbəbindən qatarların hərəkəti və eskalatorların fəaliyyəti müvəqqəti dayandırılıb.
Bu barədə "RBC-Ukrayna" Kiyev Şəhər Dövlət Administrasiyasına istinadən məlumat yayıb.
“Xarici enerji təchizatı mənbələrindən gərginliyin kəsilməsi səbəbindən metroda qatarların hərəkəti və eskalatorların fəaliyyəti müvəqqəti dayandırılıb”, – məlumatda bildirilib.
Metronun fəaliyyətinin bərpası barədə əlavə məlumat veriləcəyi qeyd olunub.
Xatırladaq ki, oktyabrın 10-da raket hücumu nəticəsində Kiyevin Cənubi Borşahivka ərazisində elektrik enerjisinin verilişi dayandırılıb.
Kiyev vilayətinin Buça rayonunda da enerji obyektlərinə hücum nəticəsində elektrik enerjisinin verilişində qəza xarakterli fasilələr qeydə alınır.