Bakı.Trend:
Sakit okeanın Panama sahilləri yaxınlığında baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb.
Bu barədə "Shot" məlumat yayıb.
Xəsarət alanların olduğu bildirilir, ölənlər barədə məlumat yoxdur. Təxminən 300 nəfər təxliyə edilib, 400-dən çox binaya ziyan dəyib.
Əsas zəlzələdən sonra mütəxəssislər 100-dən çox afterşok qeydə alıblar.