Bakı. Trend:
Beyləqan rayonunda 14 məktəbli zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Eyvazallar kəndində yerləşən Fəxrəddin Quliyev adına tam orta məktəbin 7A sinfində qeydə alınıb.
Məlumata görə, texnologiya dərsi zamanı şagirdlərə hamburger hazırlanması öyrədilib. Hazırladıqları qidanı qəbul etdikdən sonra 14 şagirdin halı pisləşib.
Şagirdlər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
14:53
xxx
Beyqalanda məktəbdə şagirdlər zəhərlənib.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd edilib ki, Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
"İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir", - deyə əlavə edilib.



