Azerforum.org
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • İdman
  • Mədəniyyət
  • Dünya
  • Texnologiya
  • Kriminal
  • Maraqlı
  • Şou
  • Digər
Facebook Twitter Instagram
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • İdman
  • Mədəniyyət
  • Dünya
  • Texnologiya
  • Kriminal
  • Maraqlı
  • Şou
  • Digər

Azerforum.org

Facebook Twitter Instagram Pinterest
Azerforum.org
İqtisadiyyat

Qlobal IE Biznes Məktəbi ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirdi

05 Oct 2026 12:12 6
Paylaş Facebook Twitter Pinterest LinkedIn Tumblr
Paylaş
Facebook Twitter LinkedIn Pinterest

Bakı. Trend:

Dünyanın ən nüfuzlu biznes məktəblərindən olan IE Biznes Məktəbində (IE Business School) ABB-nin transformasiya təcrübəsinin tədris nümunəsi (case-study) kimi öyrənilməsinə başlanıb.

IE Biznes Məktəbinin professoru Antonio Zabaleta Morenonun hazırladığı nümunə “ABB-nin yeni inkişaf mərhələsi: artımın miqyasının və yolunun seçilməsi” (ABB Bank’s next frontier: Choosing the scope and adlanır. Burada Bankın son illərdə uğurla həyata keçirdiyi strateji və rəqəmsal transformasiya prosesi, ABB-də Agile əməliyyat modelinin tətbiqi, texnoloji yenilənmə və süni intellekt əsaslı inkişaf istiqamətləri tələbələrə real biznes təcrübəsi kimi təqdim olunur.

Tədris nümunəsi ABB-nin 2016-cı ildəki mürəkkəb vəziyyətdən transformasiya yolu ilə yeni inkişaf mərhələsinə çata bilməsini və 2026–2028-ci illər üzrə qarşıya qoyduğu strateji hədəfləri əhatə edir.

Professor Antonio Zabaleta Moreno materialı hazırlayarkən ABB-nin transformasiya uğurunun konkret göstəricilərinə istinad edib. Bunlardan biri 5 il ərzində Bankın mobil tətbiqinin istifadəçi sayında 16 dəfə artımın baş verməsidir. Belə ki, ABB mobile tətbiqinin istifadəçi sayı 2020-ci ildəki təxminən, 171 mindən 2025-ci ildə 2,6 milyona qədər artıb. Tətbiqin reytinqi 1,2-dən 4,9-a yüksəlib. ABB-nin rəqəmsal kanallar üzrə müştəri məmnuniyyəti (NPS) göstəricisi 48-dən 77-yə çatıb.

Bank Agile transformasiyanı da uğurla reallaşdırıb. Hazırda Bankda 14 Agile sahə, 80-dən çox Agile squad fəaliyyət göstərir. Çevik iş tərzi sayəsində ABB-də yeni məhsulun hazırlanaraq bazara çıxarılması müddəti 243 gündən 59 günə qədər azaldılıb.

Bankın 2019-cu ildə yaratdığı ABB Tech Akademiyasını 1113-dən çox məzun bitirib və həmin məzunların 83%-i işlə təmin olunub.

Tədris nümunəsində ABB-nin növbəti inkişaf mərhələsinin əsas istiqamətləri kimi süni intellekt həllərinin geniş tətbiqi, rəqəmsal imkanların genişləndirilməsi, yeni bazarlara çıxış və həyat tərzi tərəfdaşı olaraq müştərilərin gündəlik həyatına inteqrasiya edilən xidmətlərin inkişafı nəzərdən keçirilir.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB-nin keçdiyi transformasiya yolu artıq yalnız Bankın inkişaf tarixinin bir hissəsi deyil, beynəlxalq biznes məktəbində öyrənilən real idarəetmə təcrübəsinə çevrilib. Bu nəticənin arxasında komandamızın illər ərzində göstərdiyi əzm, dəyişikliklərə açıq yanaşması və daha yaxşısını qurmaq ambisiyası dayanır. Bu, bizim üçün böyük qürurdur. Mənim üçün xüsusilə dəyərlidir ki, IE Business School-da tələbələr təkcə ABB-nin necə dəyişdiyini deyil, növbəti inkişaf mərhələsində qarşıda duran strateji seçimləri də müzakirə edəcəklər. ABB təcrübəsinin beynəlxalq akademik mühitdə müzakirə olunması göstərir ki, keçdiyimiz transformasiya yolu artıq öz sərhədlərimizi aşaraq daha geniş biznes icması üçün də maraq doğurur.”.

Professor Antonio Zabaleta Moreno qeyd edib: “Bu keysin hazırlanması mənim üçün çox dəyərli və məmnunedici təcrübə oldu. Möhtəşəm əməkdaşlığa görə ABB-yə dərin minnətdarlığımı bildirirəm. ABB təsirli transformasiya yolu keçmiş innovativ qurumdur. Rəqəmsal həlləri, süni intellekti fəaliyyətinin tam mərkəzinə qoymuş bu bankın gələcəyini formalaşdıran strateji qərarların araşdırılmasını tələbələrdən səbrsizliklə gözləyirəm”.

ABB-nin bu uğuru, ümumilikdə Azərbaycanın bank sektorunda həyata keçirilən rəqəmsal və təşkilati dəyişikliklərin qlobal akademik sferalarda öyrənilməsi baxımından əhəmiyyətli faktdır.

Tədris nümunəsi ilə buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Son xəbərlər

Özbəkistanda yeni qaz-kondensat yatağı kəşf edilib

05 Oct 2026 12:12 2 baxış

Cənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib

05 Oct 2026 12:12 2 baxış

Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir

05 Oct 2026 12:12 2 baxış

Rusiyanın Krasnodar şəhərinin meri istefa verib

05 Oct 2026 12:12 2 baxış

Sabah leysan yağacaq

05 Oct 2026 12:12 2 baxış

Xalq Bankdan yeni XalqKart Taksit kartları

05 Oct 2026 12:12 2 baxış

Horadiz–Ağbənd dəmir yolu üzrə görülən son işlər açıqlanıb (ÖZƏL)

05 Oct 2026 12:12 2 baxış

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib (FOTO)

05 Oct 2026 12:12 2 baxış

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli

05 Oct 2026 12:12 2 baxış

Norveçdə ictimai yerlərdə süni intellektlə təchiz olunmuş eynəklərdən istifadə qadağan ediləcək

05 Oct 2026 12:12 2 baxış
Daha çox
Copyright © 2026 All rights reserved.

Açar sözü yazıb "Enter" düyməsinə klikləyin.