Bakı. Trend:
Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Trend-in məlumatına görə, hadisə oktyabrın 4-də saat 19:22-də şəhərin 10-cu mikrorayonunda yerləşən “Azuqə” mağazasının qarşısında baş verib.
Belə ki, Sabir Əliyev idarə etdiyi avtomobillə yolu keçən piyada Şamil Süleyman oğlu Süleymanovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.