Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - 11 fevral və 28 aprel tarixlərində keçirilib.
Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, imtahanın hər iki cəhdi ilə bağlı ümumi statistik göstəriciləri və bəzi göstəricilərin ötən il keçirilən imtahanlarla müqayisəsinə aid məlumatları təqdim edirik.
Nəzərinizə çatdırırıq ki, hazırki müqayisə şərti xarakter daşıyır və bakalavrlara ixtisaslaşma seçimi zamanı kömək məqsədilə təqdim olunur. Belə ki, bu il imtahan yeni modelə əsasən keçirilib və iştirakçılara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test tapşırığı təqdim olunub. Bakalavrların xarici dil üzrə yazı bacarıqları esse ilə yoxlanılıb. İştirakçılar qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə 95, esse üzrə isə 5 bal toplamaq imkanına malik olublar. İmtahanda toplanılan bilən maksimum bal əvvəl kimi 100 bal olub.
2024-cü ildə keçirilən imtahanlarda, ümumilikdə 24858 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24118 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 740 nəfər daha çox olub.
Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-dən yüksək (median 48.55) olub. Ötən il isə bu göstərici 54 bala yaxın (median 53.90) idi. Xarici dil üzrə ənənəvi test tapşırıqlarının sayının azaldılması, həmçinin bu il ilk dəfə tətbiq olunduğu üçün essedən toplanılan bala hər hansı məhdudiyyətin qoyulmaması səbəbilə esse yazmaqdan imtina göstəricilərinin çox olması ümumi nəticələrin nisbətən aşağı düşməsinə təsir göstərib.
Bu il 90 va daha yuxarı bal toplayanların sayı 44 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 458 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 2106 nəfər olub. Ötən il analoji göstəricilər 161, 1119 və 4006 nəfər idi. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı daha azdır.
Aşağıdakı cədvəllərdə bakalavrların 2024 və 2023-cü illərdə keçirilən imtahanlarda topladıqları ballar üzrə histoqramlarla tanış ola bilərsiniz.
Magistratura - 2024
Bakalavrların sayı: 24858
Ballar üzrə histoqram
Bal intervalları Bakalavrların sayı (tezliklər) 0 - 30 2301 30 - 35 1932 35 - 40 2613 40 - 45 3204 45 - 50 3351 50 - 55 3069 55 - 60 2707 60 - 65 2100 65 - 70 1475 70 - 75 1035 75 - 80 613 80 - 85 279 85 - 90 135 90 - 95 39 95 - 100 5Magistratura - 2023
Bakalavrların sayı : 24118
Ballar üzrə histoqram
Bal intervalları Bakalavrların sayı (tezliklər) 0 - 30 1670 30 - 35 1254 35 - 40 1863 40 - 45 2261 45 - 50 2732 50 - 55 2924 55 - 60 2825 60 - 65 2527 65 - 70 2056 70 - 75 1737 75 - 80 1150 80 - 85 633 85 - 90 325 90 - 95 132 95 - 100 29