Bakı. Trend:
29 sentyabr 2026-cı il tarixində Cəlilabad rayonunun Uzuntəpə kəndində keçirilən mərasimdə kütləvi zəhərlənmə olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
Bildirilib ki, 29 sentyabr 2026-cı il tarixində Cəlilabad rayonunun Uzuntəpə kəndində keçirilən mərasimdə 11 nəfərin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edilib ki, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb.