Bakı.Trend:
İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, Dubaydan Təl-Əvivə uçan və məcburi şəkildə Səudiyyə Ərəbistanına yönləndirilən "Flydubai" təyyarəsi ilə bağlı vəziyyət nəzarət altındadır.
Bu barədə "Channel 12" telekanalı məlumat yayıb.
Baş nazirin dəftərxanası bildirib ki, İsrail hakimiyyəti sərnişinlərin ölkəyə təhlükəsiz şəkildə qaytarılması üçün tədbirlər görür. Netanyahu ofisinin açıqlamasında deyilir: “Hadisə nəzarət altındadır və hazırda israilli sərnişinlərin İsrailə təhlükəsiz şəkildə qaytarılması üçün bütün zəruri tədbirlər görülür”.