Bakı.Trend:
Pentaqon ABŞ və müttəfiqlərinin İraqda “Sarsılmaz qətiyyət” (Operation Inherent Resolve - ing.) əməliyyatını rəsmi olaraq başa çatdırdığını elan edib.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin Mətbuat xidməti bəyanat yayıb.
“Bu gün ABŞ və koalisiya üzrə tərəfdaşlarımız İraqda “Sarsılmaz qətiyyət” əməliyyatını rəsmi olaraq başa çatdırıb. (...) Koalisiya qüvvələrinin və texnikasının Ərbil aviabazasından mərhələli şəkildə çıxarılması İraqda İŞİD-in darmadağın edilməsinə yönəlmiş hərbi missiyanın uğurla başa çatdığını göstərir”, - deyə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnellin bəyanatında bildirilib.
Pentaqonun bəyanatında qeyd olunur ki, ABŞ İraqdakı əməliyyatını sentyabrın 30-da başa çatdırdıqdan sonra bu ölkənin hakimiyyətinin təhlükəsizliyi müstəqil şəkildə təmin edəcəyini və İŞİD terror qruplaşmasının qalıqlarını uğurla məhv edəcəyini gözləyir.