Bakı.Trend:
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi İT infrastrukturunun, şəbəkənin və "GitLab" platformasının təkmilləşdirilməsi, habelə təhlükəsizliyin mərkəzləşdirilmiş monitorinqi xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.
Tenderdə iştirak haqqı 350 manatdır.
Tenderdə iştirak etmək istəyənlər təkliflərini 16 oktyabr 2026-cı il saat 11:00-dan gec olmayaraq təqdim etməlidirlər. Tender təkliflərinin zərfləri də 16 oktyabr 2026-cı il saat 11:00-da (GMT+4) açılacaq.
Əlavə məlumat üçün telefon: (+994) 12 377 10 70 (3350).
Əlaqələndirici şəxs: Elnurə Məmmədova.
Elektron poçt: [email protected]
Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti, 81.