Bakı. Trend:
İran Vaşinqtonla münaqişənin yeni eskalasiyasına da, diplomatik yolla nizamlanmasına da hazırdır və seçimi ABŞ Prezidenti Donald Trampın ixtiyarına buraxır.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi "NBC News" telekanalına müsahibəsində bildirib.
“Əgər müharibə yenidən başlayarsa, biz buna tam hazırıq və bir daha təkrar edirəm ki, yeni təcavüz dalğasının, hətta bu, qiyamət müharibəsi olsa belə, qarşısında dayanacağıq. Eyni zamanda, biz diplomatiyaya da hazırıq. Seçim Prezident Trampındır”, - deyə o bildirib.
Nazir Trampın İran tərəfinin Hörmüz boğazı ilə bağlı son təkliflərini rədd etməsini şərh edərkən qeyd edib ki, Tehrana bu imtina barədə vasitəçilər vasitəsilə rəsmi məlumat verilməyib.