Bakı. Trend:
Sakit okeanda növbəti tayfun formalaşaraq Yaponiyanın cənub-qərbində yerləşən Okinava ada prefekturasına yaxınlaşıb.
Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına görə, tayfun şimal-şərq istiqamətində, Tokionun yerləşdiyi Xonsyu adasına doğru hərəkət edir.
Bildirilib ki, hazırda “Suriqe” tayfununun mərkəzi Okinavanın cənubunda yerləşir və saatda təxminən 10 kilometr sürətlə hərəkət edir. Gözləntilərə görə, tayfun irəlilədikcə daha da güclənə bilər.
Tayfunun təsiri ilə paytaxt Tokionun yerləşdiyi Kanto regionunda da güclü yağışlar gözlənilir.