Bakı.Trend:
Kreml Ermənistanı Rusiya qazı ilə bağlı xəbərdar edib.
"Nezavisimaya" nəşrinin məlumatına görə, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Ermənistan Təhlükəsizlik Şurasının katibi Allen Simonyanın İrəvanın qazı “mümkün olan hər yerdən” alacağı barədə sözlərini şərh edərkən bu barədə danışıb.
Rusiya Təhlükəsizlik Şurasında vurğulanıb ki, Rusiya qazı Ermənistan üçün digər ölkələrdən tədarük olunan qazdan xeyli ucuzdur.
“Şübhə yoxdur ki, Ermənistan üçün Rusiyanın “mavi yanacağından” imtina etmək Almaniya və ya digər Avropa ölkələri ilə müqayisədə daha çətin olacaq”, - deyə o bildirib.