Bakı. Trend:
Nepalın Baş naziri Balendra Şah ötən ay Nepalda çoxsaylı insan tələfatına səbəb olan daşqınların “sadəcə yerli faciə deyil, dünya üçün xəbərdarlıq” olduğunu bildirib.
Bunu Balendra Şah Birləşmiş Millətlər Təşkilatının tribunasından çıxışı zamanı bildirib.
O, beynəlxalq ictimaiyyəti iqlim dəyişikliyinə uyğunlaşma xərclərinin qarşılanmasına kömək etməyə çağırıb. Baş nazir bildirib ki, “qlobal idarəetmənin uğursuzluğu ilə daha da dərinləşən böhran fonunda Nepal öz dayanıqlılığını təkbaşına gücləndirə bilməz”.