Bakı. Trend:
Böyük Britaniya Fars körfəzində gəmiçiliyin təhlükəsizliyini dəstəkləmək məqsədilə Fransa, eləcə də digər tərəfdaşları ilə əməkdaşlıq edir.
Bu barədə Böyük Britaniyanın Baş naziri Endi Börnham bildirib.
“Biz [Fars] körfəzində gəmiçilik azadlığını dəstəkləmək üçün Fransa və digər tərəfdaşlarla işləyirik”, - deyə o, BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri zamanı çıxışında bildirib.
Britaniyanın Baş naziri əlavə edib ki, London bu məsələ ilə bağlı qarşılıqlı fəaliyyət göstərmək üçün beynəlxalq koalisiya formalaşdırıb.