Bakı. Trend:
ABŞ və İran Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində üç saatlıq görüş keçiriblər.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Bəli, bu gün [ABŞ və İran nümayəndələri] təxminən bir saat əvvəl görüşüblər. <...> Görüş çox yaxşı keçib. Görüş üç saat davam edib”, - deyə o, jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
O, İranın gələcəyi ilə bağlı iki mümkün variantın olduğunu bildirib. “Bir halda tamamilə məhv olmaq, alternativ halda isə potensial möhtəşəm gələcək var. Bu, böyük bir ölkə ola bilərdi”, - deyə dövlət başçısı hesab edir.