Bakı. Trend:
Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Trend-in məlumatına görə, kafedə yeyib-içən 53 yaşlı Rüfət İslamovla tanışı, 44 yaşlı Ramil Nurməmmədov arasında mübahisə yaranıb.
Mübahisə zamanı R.İslamov kəsici alətlə R.Nurməmmədova xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.