Bakı. Trend:
Sabah Ağdaş və Bakının Xətai rayonunda qaz təchizatı dayandırılacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 22-də təmir-quraşdırma işləri ilə əlaqədar hər iki rayonun bir sıra ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş rayonunun Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə və Əmirarx kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Saat 10:00-dan işlər yekunlaşanadək isə Bakının Xətai rayonunun M. Hadi və A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsindəki 1-ci və 5-ci Rezervuar küçələrinin, eləcə də Babək prospektinin qaz təchizatında qısamüddətli fasilə olacaq.