Bakı. Trend:
Fransada dizel yanacağının orta qiyməti rekord həddə çataraq bir litr üçün 2.41 avroya yaxınlaşıb.
Bu barədə "Agence France-Presse" (AFP) agentliyi məlumat yayıb.
Hesablama ölkə miqyasında 8.7 mindən çox yanacaqdoldurma məntəqəsinin qiymətləri əsasında aparılıb.
Yanacağın bahalaşması, əsasən, Hörmüz boğazının blokadaya alınması nəticəsində tədarükdə yaranan ciddi fasilələr fonunda baş verir.