Bakı. Trend:
İyulun 4-də Həkəri çayının Zəngilan rayonunun Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, meyit FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.