Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp CNN, MS NOW və "Politico" kimi media resurslarının Ağ Evdə fəaliyyət göstərməsini qadağan etdiyini açıqlayıb.
“Qürurla bildirirəm ki, bu gündən etibarən CNN, MS NOW kimi KİV-lərin Ağ Evə girişini qadağan edirəm”, – deyə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp bu qərarı həmin KİV-lərin onun sözlərinə görə daim saxta xəbərlər yayması ilə əsaslandırıb.
Tramp həmçinin qeyd edib ki, MS NOW bu yaxınlarda guya “tamaşaçı və etimad çatışmazlığı” səbəbindən adını MSNBC-dən dəyişib. Onun sözlərinə görə, "Politico" isə Baydenin prezidentliyi dövründə ABŞ hökumətindən 8 milyon dollar məbləğində qanunsuz subsidiya alıb. Tramp bunu korrupsiya adlandırıb.
“Digər saxta xəbər yayan KİV-lər növbədədir”, – deyə ABŞ lideri vurğulayıb.