Bakı. Trend:
Türkiyə ordusunun 14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığı tərəfindən “Birliyin Gücü-2026” təliminə hazırlıq işləri tamamlanıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Təlim çərçivəsində Türkiyə bölmələri 15 sentyabr 2026-cı il tarixində Qars qarnizonundan Azərbaycandakı Qızılqaya və Qarabağlar təlim poliqonlarına yerdəyişməyə başlayıb.

