Bakı. Trend:
Azərbaycanın 2027-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 65 ABŞ dolları götürülüb.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-ciilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinədair Açıqlama” sənədində bildirilib.
Bu, 2026-cı illə müqayisədə eynidir.
"2027-ci ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməklə dövlət büdcəsinin gəlirləri ÜDM-in 27,8 faizi həcmində yəni 39 milyard 234,0 milyon manat nəzərdə tutulur ki, bunun da 39,5 faizi və ya 15 milyard 480,0 milyon manatı neft-qaz sektorunun, 60,5 faizi vəya 23 milyard 754,0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür", - məlumatda qeyd edilib.